18 iyun 2025. Çərşənbə

Luis Enrike "İnter"ə keçməyə hazırdır


  • Transfer
  • 22:56 17.04.2025
  • Oxunma sayı: 99
Luis Enrike "İnter"ə keçməyə hazırdır

"Marsel"in vingeri Luis Enrike klubu dəyişməyə yaxındır.

90deqiqe.Az xəbər verir ki, "İnter" klubu braziliyalı futbolçunun xidmətində maraqlıdır. "Nerazzurri" rəhbərliyi hazırda şəxsi müqavilənin şərtləri ilə bağlı maraqlı tərəflərlə qabaqcıl mərhələdə danışıqlar aparır.

Futbolçunun özü də İtaliya klubunda çıxış etməyə müsbət yanaşır.

"Marsel" əlavə şərtləri nəzərə alaraq futbolçu üçün 30-35 milyon avro almağı planlaşdırır, lakin "İnter" 10 milyon az təklif edir.

23 yaşlı futbolçunun xidmətində "Bavariya" maraqlıdır.

Bu mövsüm Luis Enrike bütün turnirlərdə 31 oyun keçirib, 9 qol vurub və 8 məhsuldar ötürmə edib.







Transfer