- Transfer
- 15:17 11.03.2026
PSJ-nin hücumçusu Neymar "Barselona"ya qayıtmağa yaxındı.
Corner.az xəbər verir ki, bu barədə Kataloniyanın ən böyük radiosu olan RAC1 məlumat yayıb.
Bildirilir ki, klublar arasında danışıqlarda böyük ölçüdə bitib və keçid hər an rəsmiləşə bilər. Hətta klub rəhbərliyinin arxasında Neymarın adı yazılan formaları sifariş verdiyi də vurğulanır. Transfer açıqlandıqdan sonra Neymarın "Barselona" azarkeşləri üçün müraciət videosu yayımlanacaq.
Qeyd edək ki, Neymarın xidmətində əzəli rəqib "Real" da maraqlıdı.