14 dekabr 2025. Bazar günü

"Real Madrid" iki futbolçusunu geri qaytara bilər


  • Transfer
  • 13:05 18.04.2025
  • Oxunma sayı: 153
"Real Madrid" iki futbolçusunu geri qaytara bilər

"Real Madrid" akademiya məzunlarından ikisini geri qaytara bilər.

90deqiqe.Az-ın "Todofichajes"ə istinadən verdiyi xəbərə görə, söhbət Niko Paz və Migel Qutyerresdən gedir. Madrid klubu artıq sözügedən futbolçuların agentləri ilə danışıqlara başlayıb.

Birincisi hazırda İtaliyanın “Komo” klubunda çıxış edir, ikincisi isə “Jirona”nın rənglərini qoruyur.

Pazın hazırkı klubu ilə müqaviləsi 2028-ci ilin ortalarına qədərdir. Futbolçunun transfer dəyəri 35 milyon avro olaraq qiymətləndirilir. Qutyerresə gəlincə, yan tərəf müqavilə əsasında 2027-ci ilin ortalarına qədər “Jirona” ilə bağlıdır. Onun qiyməti 25 milyon manatdır.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində