14 may 2025. Çərşənbə

"Liverpul" hücumçusunu İspaniya nəhənginə sata bilər


  • Transfer
  • 13:08 18.04.2025
  • Oxunma sayı: 71
"Liverpul" hücumçusunu İspaniya nəhənginə sata bilər

"Liverpul"un mərkəz hücumçusu Darvin Nunes karyerasını İspaniyada davam etdirə bilər.

90deqiqe.Az-ın "Todofichajes"ə istinadən verdiyi xəbərə görə, "Atletiko Madrid" 25 yaşlı hücumçu ilə maraqlanır. Tərəflər arasında artıq danışıqlar başlanılıb.

Müqavilə yay transfer pəncərəsində tamamlana bilər.

Uruqvaylının bazar dəyəri 50 milyon avro olaraq qiymətləndirilir və onun mersisaydlılarla müqaviləsi 2028-ci ilin iyun ayının sonunda başa çatır.

Nunes hazırkı İngiltərə Premyer Liqasında 25 oyun keçirib. Hücumçu 5 qol vurub və iki məhsuldar ötürmə edib. O, 2022-ci ildən "qırmızılar"da çıxış edir.







Transfer