20 iyun 2025. Cümə

Səudiyyə Ərəbistanı "İnter"i məşqçisiz qoymaq istəyir


  • Transfer
  • 17:32 18.04.2025
  • Oxunma sayı: 94
Səudiyyə Ərəbistanı "İnter"i məşqçisiz qoymaq istəyir

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun direktorlar şurasının sədri Fəhad bin Nafel “İnter” rəhbərliyi ilə danışıqlar aparmaq üçün Milana gedib.

90deqiqe.Az-ın "La Gazzetta dello Sport"a istinadən verdiyi xəbərə görə, "Əl-Hilal" komandanın yarımmüdafiəçisi Nikolo Barella və baş məşqçi Simone İnzaqini öz sıralarına almaq arzusundadır.

Barella üçün əvvəlki təklif rədd edildi, lakin səudiyyəlilər bir addım atmağa ümidlərini itirmədilər.

Bir neçə gün əvvəl "İnter" rəhbərliyi bildirmişdi ki, Simone İnzaqinin müqaviləsinin 2028-ci ilə qədər uzadılmasında heç bir şübhə yoxdur. Bu baş verərsə, o, ildə 7 milyon avro (+ əlavə ödənişlər) alacaq və A Seriyasında ən yüksək maaş alan məşqçi olacaq.

"Əl-Hilal" isə İnzaqiyə illik 20 milyon avro maaş verməyə hazırdı.







Transfer