20 iyun 2025. Cümə

"Bayer"i İstanbul nəhənginə dəyişə bilər


  • Transfer
  • 21:39 18.04.2025
  • Oxunma sayı: 71
"Bayer"i İstanbul nəhənginə dəyişə bilər

"Bayer Leverkuzen"in yarımmüdafiəçisi Qranit Xaka karyerasını "Qalatasaray"da davam etdirə bilər.

90deqiqe.Az-ın məlumatına görə, İstanbul təmsilçisi 32 yaşlı futbolçunu transfer etməyi nəzərdən keçirir. "Qalatasaray" artıq futbolçunun agenti ilə danışıqlara başlayıb.

Xaka bu mövsüm bütün turnirlərdə 45 oyun keçirib, 2 qol vurub və 7 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 17 milyon avrodur.







Transfer