- Transfer
- 17:34 14.05.2025
Braziliya Futbol Konfederasiyası (CBF) milli komandaya baş məşqçi axtarışındadır.
90deqiqe.az-ın məlumatına görə, qurumun hazırladığı qısa siyahıda tanınmış mütəxəssis Joze Mourinyonun da adı yer alıb.
CBF nümayəndələrinin Mourinyo ilə əlaqə saxladığı bildirilir. Lakin portuqaliyalı mütəxəssis bu təklifi qəbul etməyib. Beləliklə, Joze Mourinyo Braziliya millisinin baş məşqçisi olmayacaq.
Joze Mourinyo ötən yay "Fənərbağça"nın baş məşqçisi vəzifəsinə keçib. “Fənərbağça” Türkiyə çempionatının turnir cədvəlində ikinci yerdədir. Joze Mourinyonun komandası "Qalatasaray"dan 3 xal geri qalır.