14 dekabr 2025. Bazar günü

"Kristal Pelas" Munozla müqaviləni uzadıb


  • Transfer
  • 22:47 18.04.2025
  • Oxunma sayı: 93
"Kristal Pelas" Munozla müqaviləni uzadıb

"Kristal Pelas" müdafiəçisi Daniel Munoz yeni müqavilə imzalayıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə “qartallar”ın mətbuat xidməti məlumat yayıb.  28 yaşlı futbolçunun "Kristal Pelas"la yeni müqaviləsi 2028-ci ilin yayın ortalarına qədər nəzərdə tutulub.

Kolumbiyalı futbolçu Premyer Liqa klubuna 2024-cü ilin yayında qoşulub.O vaxtdan bəri o, klubda 54 oyuna çıxıb, 6 qol vurub və 10 məhsuldar ötürmə verib.

Bu mövsüm bütün turnirlərdə 38 rəsmi matçda iştirak edən Munoz altı qol vurub və altı məhsuldar ötürmə edib.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində