14 may 2025. Çərşənbə

Qvido Rodriges "Vest Hem"dən ayrıla bilər


  • Transfer
  • 23:34 18.04.2025
  • Oxunma sayı: 62
Qvido Rodriges "Vest Hem"dən ayrıla bilər

“Vest Hem”in yarımmüdafiəçisi Qvido Rodriges mövsümün sonunda klubunu dəyişə bilər.

90deqiqe.Az-ın "West Ham Zone"yə istinadən verdiyi xəbərə görə, "River Pleyt" klubu argentinalı futbolçunun xidmətində maraqlıdır. Argentina klubunun baş məşqçisi Marselo Qalardo şəxsən futbolçunun xidmətlərinə maraq göstərir və transferin Klublararası Dünya Çempionatı başlamazdan əvvəl baş tutacağına ümid edir.

"River" gələn həftə ilkin danışıqlar aparmağa çalışacaq. Son matçlardakı oyun vaxtının az olduğunu nəzərə alsaq, Rodrigesin doğma komandasına getmə ehtimalı kifayət qədər yüksəkdir.

31 yaşlı futbolçu bu mövsüm 21 matçda meydana çıxıb və heç bir qol vurmayıb.Oyunçunun dəyəri 15 milyon avro qiymətləndirilir.







Transfer