- Transfer
- 01:45 14.06.2025
"Espanyol"un qapıçısı Joan Qarsiya başqa bir İspaniya klubuna keçə bilər.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
"Real Madrid" 23 yaşlı qolkiper ilə maraqlanır.
Los Blankosun heyətində ispaniyalı oyunçunun yay transfer pəncərəsində gedəcəyi istisna edilməyən ukraynalı Andriy Lunini əvəz edə biləcəyi gözlənilir.
Daha əvvəl mətbuatda Qarsiya ilə İngiltərənin "Mançester Siti" klubunun maraqlandığı barədə məlumat yayılmışdı.
İspaniya çempionatının cari mövsümündə 23 yaşlı qolkiper Kataloniya yığmasının heyətində 31 oyun keçirib. Qarsiya 40 qol buraxıb və 7 dəfə qapısını təmiz saxlayıb.Joanın bazar dəyəri 20 milyon avro olaraq qiymətləndirilir.