14 dekabr 2025. Bazar günü

"Arsenal" Salibanı əvəz edə biləcək müdafiəçini müəyyənləşdirib


  • Transfer
  • 15:30 19.04.2025
  • Oxunma sayı: 133
"Arsenal" Salibanı əvəz edə biləcək müdafiəçini müəyyənləşdirib

"Brayton"un müdafiəçisi Natan Kollinz İngiltərə Premyer Liqasının top klublarından birinin diqqət mərkəzinə düşüb.

90deqiqe.Az-ın "TBR Football"a istinadən verdiyi xəbərə görə, 23 yaşlı futbolçu ilə "Arsenal" klubu maraqlanır. "Topçular"ın rəhbərliyi irlandiyalını Uilyam Salibanın əvəzedicisi kimi nəzərdən keçirir.

Fransız futbolçu yayda klubunu dəyişə bilər. London klubu artıq Kollinzin agenti ilə ilkin danışıqlar da aparıb.

Daha əvvəl onunla "Real Madrid"dən maraqlandığı haqda xəbərlər yayılmışdı.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində