- Transfer
- 15:10 14.12.2025
"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva yay transfer pəncərəsində komandanı tərk edəcək.
90deqiqe.Az-ın "Diario Sport"a istinadən verdiyi xəbərə görə, 30 yaşlı futbolçu "Barselona"ya keçməyi xəyal edir və bunun üçün hətta maaşını azaltmağa da hazırdır.
Lakin Kataloniya klubu portuqaliyalının yüksək maaşı, yaşı və meydanın mərkəzində rəqabətin yüksək olması səbəbindən onu transfer etməkdə maraqlı deyil.
Bu mövsüm Silva bütün turnirlərdə 41 oyun keçirib, 3 qol vurub və 4 məhsuldar ötürmə edib. Transfermarkt-ın məlumatına görə, yarımmüdafiəçinin dəyəri 45 milyon avrodur.