- Transfer
- 14:58 14.12.2025
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə müqaviləsi başa çatan ulduz hücumçu Kriştiano Ronaldo liqasını dəyişə bilər.
90deqiqe.az xəbər verir ki, 40 yaşlı futbolçu klublararası dünya çempionatında iştirak etmək məqsədilə yeni klubla müqavilə imzalaya bilər.
Portuqaliyalı forvard karyerasını davam etdirmək üçün iki variant arasında seçim edə bilər. O, turnir müddətində ya “Mançester Siti”yə, ya da “Çelsi”yə qoşula bilər.
Ronaldo İngiltərədə xüsusilə “Mançester Yunayted”dəki parlaq çıxışı ilə yadda qalıb. Portuqaliyalı hücumçu Avropada həmçinin “Real Madrid”, “Yuventus” və “Sportinq” kimi klubların da formasını geyinib.