- Transfer
- 23:21 16.05.2025
"Sportinq"in hücumçusu Viktor Qyokeres gələcəyi ilə bağlı fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, "Sport TV" 26 yaşlı forvardın dediklərini belə çatdırıb.
"Heç kim nə olacağını təxmin edə bilməz. Bu andan həzz alırıq.Klubla kompensasiyanın azaldılması ilə bağlı razılaşma haqqında heç nə deyə bilmərəm"
İsveçli futbolçunun bu yay təxminən 65-70 milyon avroya "Sportinq"i tərk edə biləcəyi gözlənilir.
26 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 46 matçda meydana çıxıb, 47 qol vurub və 11 məhsuldar ötürmə edib.
Qyokeresin "Sportinq" ilə hazırkı əmək müqaviləsi 2028-ci ilin yayına qədərdir.