- Transfer
- 21:12 12.05.2025
"Bornmut"un yarımmüdafiəçisi Antuan Semenyo karyerasını "Mançester Yunayted"də davam etdirə bilər.
90deqiqe.az “Sky Sports”a istinadən xəbər verir ki, Premyer Liqa nəhəngi yay transferi zamanı 25 yaşlı qanalı futbolçunu heyətinə qatmaq üçün əsas namizədlərdən biridir.
“Qırmızı şeytanlar” Semenyo ilə müqavilə imzalamağa hazırdır.
"Arsenal" istisna olmaqla, İngiltərə Premyer Liqasının demək olar ki, bütün böyük klubları futbolçunun xidmətində maraqlıdır. "Bornmut" isə oyunçunu 81,9 milyon avroya dəyərləndirir.
Semenyo bu mövsüm bütün turnirlərdə 36 oyun keçirib, 10 qol vurub və 6 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 35 milyon avrodur.