- Transfer
- 21:12 12.05.2025
"Roma" mərkəz hücumçusu Artem Dovbikin çıxışından razı qalmayıb.
90deqiqe.az “Calciomercato”ya istinadən xəbər verir ki, paytaxt klubunun rəhbərliyi ukraynalı hücumçunu satıb yerinə başqa futbolçu almağı planlaşdırır.
Dovbikə iddialılar arasında “İnter” və “Napoli” klubları var. Hücumçunun potensial transfer qiyməti 25 milyon avro civarında ola bilər.
İtaliya çempionatının cari mövsümündə ukraynalı 28 oyun keçirib. Dovbik 11 qol vurub və iki məhsuldar ötürmə edib. Artyomun romalılarla əmək müqaviləsi 2029-cu ilin iyun ayının sonunda başa çatır.