- Transfer
- 17:34 14.05.2025
"Brentford"un yarımmüdafiəçisi Brayan Mbeumo karyerasını başqa bir İngiltərə klubunda davam etdirə bilər.
90deqiqe.az “Goal.com”a istinadən xəbər verir ki, "Liverpul" futbolçunu transfer etməkdə maraqlıdır. Mersisayd klubu artıq futbolçunun agenti ilə əlaqə saxlayıb.
25 yaşlı vingerin transfer dəyəri 50 milyon avro qiymətləndirilir. Futbolçunun "Brentford" ilə hazırkı müqaviləsi 2026-cı ilin iyununun sonunda başa çatır.
İngiltərə Premyer Liqasının cari mövsümündə Brayan 33 oyun keçirib, bu oyunda 18 qol vurub (beşi penaltidən) və altı məhsuldar ötürmə edib. O, 2019-cu ildən "arılar"da oynayır.