- Transfer
- 12:26 14.06.2025
"Barselona"nın yarımmüdafiəçisi Pedri "Mançester Siti"nin diqqət mərkəzinə düşüb.
90deqiqe.Az-ın "Transfer News Live"a istinadən verdiyi xəbərə görə, “şəhərlilər” ispaniyalı futbolçu ilə bağlı daha əvvəl də maraq göstərsələr də, konkret təkliflə çıxış etməmişdilər.
Mənbə iddia edir ki, “Mançester Siti” 21 yaşlı yarımmüdafiəçini transfer etmək fikrindən əl çəkməyib və yaxın vaxtlarda onun üçün təxminən 200 milyon avro təklif etməyə hazırdır.
Əgər bu keçid baş tutarsa, Pedrinin transferi Premyer Liqa tarixinin ən bahalı transferi olacaq.