14 dekabr 2025. Bazar günü

“Mançester Yunayted”in əsas transfer hədəfi bəlli olub


  • Transfer
  • 23:35 21.04.2025
  • Oxunma sayı: 143
“Mançester Yunayted”in əsas transfer hədəfi bəlli olub

“İpsviç Taun”un gənc hücumçusu Liam Delap “Mançester Yunayted”in yay transfer pəncərəsində əsas hədəfi olub.

90deqiqe.Az xəbər verir ki, bu barədə nüfuzlu “The Athletic” nəşri məlumat yayıb. Mənbənin bildirdiyinə görə, “qırmızı şeytanlar” 22 yaşlı forvardı hücum xəttinin gücləndirilməsi üçün prioritet namizəd kimi nəzərdən keçirir.

Qeyd edək ki, Liam Delap mövsüm ərzində göstərdiyi performansla diqqət mərkəzinə düşüb və Premyer Liqa klublarının maraq dairəsinə düşən gənc istedadlardan biri hesab olunur.

Daha əvvəl mətbuatda "İpsviç" İngiltərə Premyer Liqasından aşağı düşəcəyi təqdirdə 22 yaşlı futbolçunun “Mançester Yunayted”ə transfer məbləğinin 46 milyon avro ola biləcəyi barədə xəbərlər yayılmışdı. Delapla "Çelsi"nin də maraqlandığı bildirilir.

Hücumçunun"İpsviç"lə hazırkı müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt internet portalı forvardın bazar dəyərini 25 milyon avro qiymətləndirir.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində