15 iyun 2025. Bazar günü

İspaniya və İngiltərənin nəhəngləri bu futbolçunu istəyir


  • Transfer
  • 23:45 21.04.2025
  • Oxunma sayı: 85
İspaniya və İngiltərənin nəhəngləri bu futbolçunu istəyir

"Borussiya Dortmund"un hücumçusu Serou Quirassi yayda transfer bazarında ola bilər.

90deqiqe.Az xəbər verir ki, forvardın hazırkı müqaviləsində yalnız müəyyən klublar tərəfindən aktivləşdirilə bilən sərbəstlik bəndi mövcuddur. Bu barədə məlumatı jurnalist Patrick Berger yayıb.

Bergerin sözlərinə görə, 28 yaşlı forvard üçün transferə maraqlı olan klublar arasında "Real Madrid", "Barselona", "Mançester Siti", "Mançester Yunayted", "Liverpul", "Çelsi" və "Arsenal" yer alır. Seçim yayda, klublararası dünya çempionatı başa çatdıqdan sonra qüvvəyə minəcək.

Bununla belə, Qirassi “Borussiya”dan ayrılmağa tələsmir. Mənbənin sözlərinə görə, transfer yalnız o halda baş tuta bilər ki, Dortmund klubu avrokuboklara vəsiqə qazana bilməsə və qvineyalı özü yuxarıda adıçəkilən klublardan birindən cəlbedici təklif alacaq.







Transfer