- Transfer
- 23:11 19.06.2025
"Mançester Yunayted"in müdafiəçisi Harri Amassa bir müddət əvvəl yüksək liqadan yuvarlanan "Lester Siti"nin diqqət mərkəzinə düşüb.
90deqiqe.az “FLW”a istinadən xəbər verir ki, "tülkülər" 18 yaşlı futbolçunun xidmətində maraqlıdır.
Amassa müdafiənin sol cinahında oynamaqla yanaşı, yarımmüdafiədə də oynaya bilər. Bu mövsüm futbolçu 25 matçda meydana çıxıb və 4 məhsuldar ötürmə edib (bundan cəmi 4 oyun əsas komandada olub).
Amassa İngiltərə gənclər komandasının üzvüdür və onun kapitanıdır. Tezliklə Premyer Liqaya qayıtmağı hədəfləyən "Lester" ona ciddi gücləndirici kimi ümid edir.
“Mançester Yunayted” gələn yay gənc istedadı satmaq istəməsə, “tülkülər” Amasanı icarəyə götürməyə çalışacaq.