- Transfer
- 17:34 14.05.2025
"Mançester Siti" "Tottenhem"in sağ cinah müdafiəçisi Pedro Porro ilə maraqlanır.
90deqiqe.az “TBR Football”a istinadən xəbər verir ki, London klubu 25 yaşlı futbolçu üçün 58,5 milyon avro təklif edərsə, onu satmaq variantını nəzərdən keçirməyə hazırdır.
"Şəhərlilər" ispan futbolçunu 34 yaşlı Kayl Uokerin əvəzləyicisi kimi görürlər.
Porro 2019-2022-ci illərdə "Mançester Siti"nin futbolçusu olub. Bu mövsüm müdafiəçi bütün turnirlərdə 46 matçda iştirak edib, 3 qol vurub və 8 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 45 milyon avrodur.