- Transfer
- 23:21 16.05.2025
"Leypsiq" klubunun yarımmüdafiəçisi Xavi Simons Almaniyanın digər klubu "Bavariya"ya keçə bilər.
90deqiqe.Az xəbər verir ki, "Bayer"dən Florian Virtsin transferi baş tutmasa, Münhen klubu niderlandlı futbolçu ilə müqavilə imzalamağa çalışacaq. Artıq tərəflər arasında ilkin əlaqə saxlanılıb.
Simons müqavilə əsasında 2027-ci ilin ortalarına qədər "Leypsiq" klubu ilə bağlıdır. Transfermarkt portalının ekspertləri onun bazar dəyərini 70 milyon avro qiymətləndirirlər. Bu mövsüm Xavi "Bulls"un heyətində 29 oyuna çıxıb, 10 qol vurub və 6 məhsuldar ötürmə edib.