- Transfer
- 17:34 14.05.2025
"Milan"ın mərkəz müdafiəçisi Malik Tiav Almaniya Bundesliqa nəhənglərinin marağına səbəb olub.
90deqiqe.Az xəbər verir ki, 23 yaşlı futbolçunu "Bavariya" və "Bayer Leverkuzen" diqqət mərkəzinə düşüb. Sözügedən klublar artıq futbolçunun agenti ilə əlaqə saxlayıb.
"Milan" mərkəzin dəyərini 30 milyon avro qiymətləndirir, məşhur Transfermarkt portalında onun qiyməti isə 20 milyon avrodur.
Malik Tiav İtaliyadan əvvəl "Şalke 04"də çıxış edib. Bu mövsüm futbolçu "rossonerilər"in heyətində bütün turnirlərdə 29 oyun keçirib, 1 qol vurub və məhsuldar ötürmə edib. Almanın "Milan"la müqaviləsi 2027-ci ilə qədərdir.