14 iyun 2025. Şənbə

"Barselona" "Fiorentina"nın hücumçusunu transfer etmək istəyir


  • Transfer
  • 23:03 22.04.2025
  • Oxunma sayı: 77
"Barselona" "Fiorentina"nın hücumçusunu transfer etmək istəyir

"Barselona" yay transfer dönəmində hücum xəttini gücləndirmək niyyətindədir.

90deqiqe.Az “Tuttosport”a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi İtaliyanın "Fiorentina" klubunda çıxış edən Moise Kinin xidmətində maraqlıdır.

 “Blauqrana”lar 24 yaşlı hücumçunun çıxışını yaxından izləyir və yayda onun transferini reallaşdırmaq üçün plan qurur.

Kin bu mövsüm “Fiorentina”nın heyətində 39 oyuna çıxaraq 33 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Futbolçunun klubla olan mövcud müqaviləsi 30 iyun 2029-cu ilə qədər qüvvədədir. Onun bazar dəyəri hazırda 40 milyon avro civarındadır.

Hazırda "Barselona" İspaniya La Liqasının turnir cədvəlinə 73 xalla başçılıq edir, “Fiorentina” isə İtaliya A Seriyasında 53 xalla səkkizinci pillədə qərarlaşıb.

Transfer pəncərəsinə sayılı aylar qalmasına baxmayaraq, Moise Kin artıq Avropanın aparıcı klublarının diqqət mərkəzinə düşüb və onun gələcək taleyi yayda maraqlı transfer ssenarilərindən birinə çevrilə bilər.







Transfer