15 iyun 2025. Bazar günü

“Mançester Yunayted” argentinalı üçün “Mançester Siti” ilə yarışacaq


  • Transfer
  • 23:31 22.04.2025
  • Oxunma sayı: 83
“Mançester Yunayted” argentinalı üçün “Mançester Siti” ilə yarışacaq

"River Pleyt"in hücumameyilli yarımmüdafiəçisi Franko Mastantuono İngiltərə Premyer Liqasının nəhənglərinin maraq dairəsinə düşüb.

90deqiqe.Az xəbər verir ki, "Mançester Siti" 17 yaşlı futbolçu üçün 45 milyon avro ödəməyə hazırdır.

Lakin hazırda Mastantuonoya ən çox maraq “Mançester Yunayted”dədir. 

"Qırmızı şeytanlar" yay transfer pəncərəsində argentinalını transfer etmək üçün əvvəlcədən agenti ilə razılıq əldə edib.

Əvvəllər “Real Madrid”, “Barselona”, “Çelsi”, “İnter” və digər Avropanın aparıcı klubları futbolçunun xidmətində maraqlı idi.







Transfer