- Transfer
- 15:10 14.12.2025
"Mançester Yunayted"in mərkəz müdafiəçisi Matthijs de Liqt "İnter"in maraq dairəsinə düşüb.
90deqiqe.Az “Tuttosport”a istinadən xəbər verir ki, "Neradzurrilər" 25 yaşlı futbolçu ilə maraqlanır. İtaliya nəhəngi mərkəz müdafiəçisini almaq imkanı ilə icarəyə götürməyi nəzərdən keçirir. Artıq futbolçunun agenti ilə danışıqlara başlanılıb.
Niderlandlı futbolçu "qırmızı şeytanlar"a ötən yay "Bavariya"dan keçib.
Xatırladaq ki, 2019-2022-ci illərdə Matthijs de Liqt digər İtaliya klubunun - "Yuventus"da çıxış edib. Transfermarkt saytında futbolçunun təxmini transfer dəyəri 40 milyon avrodur.