14 dekabr 2025. Bazar günü

"Çelsi" Fermin Lopes üçün 40 milyon avro ödəyə bilər


  • Transfer
  • 14:33 23.04.2025
  • Oxunma sayı: 180
"Çelsi" Fermin Lopes üçün 40 milyon avro ödəyə bilər

"Barselona"nın vingeri Fermin Lopesin karyerasını İngiltərə çempionatında davam etdirmək variantı var. 

90deqiqe.Az-ın "Todofichajes"ə istinadən verdiyi xəbərə görə, 21 yaşlı yarımmüdafiəçi ilə “Çelsi” klubu maraqlanır.

“Təqaüdçülər”in rəhbərliyi ispaniyalının alınması üçün təxminən 40 milyon avro ayırmağa hazırdır. Artıq tərəflər arasında danışıqlarda başlanılıb.

Ferminin "blaugrana" ilə hazırkı müqaviləsi 2029-cu ilin ortalarına qədərdir.

Lopes İspaniya La Liqasının cari mövsümündə 23 oyun keçirib. Yarımmüdafiəçi 3 qol vurub və 4 məhsuldar ötürmə edib.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində