2 iyul 2026. Cümə axşamı

Vardi "Lester"i tərk edə bilər


  • Transfer
  • 15:51 23.04.2025
  • Oxunma sayı: 132
Vardi "Lester"i tərk edə bilər

"Lester"in mərkəz hücumçusu Ceymi Vardi cari mövsümün sonunda yeni kluba keçə bilər. 

90deqiqe.Az-ın "The Sun"a istinadən verdiyi xəbərə görə, təcrübəli hücumçunun karyerasını xaricdə davam etdirmək variantları var.

Ceyminin xidmətləri MLS klublarını maraqlandırır. Vardi yaxın vaxtlarda "tülkülər"in rəhbərliyi ilə gələcəyini müzakirə edəcək.

38 yaşlı hücumçu 2012-ci ilin yayından "Lester"də çıxış edir.Tərəflər arasında mövcud müqavilə bu ilin iyunun sonunda başa çatır.

Vardi bu mövsüm Premyer Liqada 31 oyun keçirib, 7 qol vurub və 3 məhsuldar ötürmə edib.







Transfer

Andre Onana "Trabzonspor"da qalır
  • Transfer
  • 23:25 02.07.2026
Andre Onana "Trabzonspor"da qalır