17 may 2025. Şənbə

Braziliyalının "Mançester Yunayted"lə potensial müqavilə müddəti açıqlanıb


  • Transfer
  • 15:52 23.04.2025
  • Oxunma sayı: 53
Braziliyalının "Mançester Yunayted"lə potensial müqavilə müddəti açıqlanıb

"Vulverhempton"un hücumçusu Matheus Kunya "Mançester Yunayted"ə keçməyə yaxındır.

90deqiqe.Az xəbər verir ki,  tərəflər artıq 2030-cu ilə qədər əmək müqaviləsi ilə bağlı razılığa gəliblər. Müqavilənin 2031-ci ilə qədər uzadılması variantının da ola biləcəyi qeyd olunur.

Hazırkı İngiltərə Premyer Liqasında Kunya 28 matçda meydana çıxıb və 14 dəfə fərqlənib. Bundan əlavə, braziliyalı hücumçunun hesabında dörd məhsuldar ötürmə var. Transfermarkt mütəxəssisləri futbolçunun dəyərini 55 milyon avro qiymətləndirir.







Transfer