- Transfer
- 23:11 19.06.2025
İspaniya millisinin gənc müdafiəçisi Din Huysen bu mövsüm "Bornmut" klubunda göstərdiyi əla performansla Avropanın aparıcı klublarının maraq dairəsinə düşüb.
90deqiqe.Az-ın "Todofichajes"ə istinadən verdiyi xəbərə görə, 20 yaşlı futbolçunun adı artıq Premyer Liqa nəhənglərindən "Çelsi" ilə yanaşı çəkilir.
London klubu Huysenin müqaviləsindəki 60 milyon avro dəyərində olan satınalma bəndini aktivləşdirməyə hazırdır. Məlumata görə, "Çelsi" artıq yay transfer dönəmi üçün planlamalarını bu istiqamətdə qurur.
Bu arada, İspaniya nəhəngi "Real Madrid" isə gənc müdafiəçi üçün mübarizədən geri çəkilib. Klubun transfer siyasətinə uyğun olaraq, tender yarışlarında iştirak etməməyə və "Real" layihəsini prioritet hesab etməyən futbolçular üçün yüksək məbləğ ödəməməyə üstünlük verilir. Bu səbəbdən, Madrid təmsilçisi diqqətini digər müdafiəçilərə yönəldib.
Din Huysenin hansı klubun formasını geyinəcəyi hələlik dəqiq bilinməsə də, onun gələcəyi yay transfer bazarının maraqlı mövzularından biri olacaq.