- Transfer
- 17:34 14.05.2025
Hazırda "Aston Villa"da icarə əsasında çıxış edən Markus Reşford Premyer Liqada klubunu dəyişə bilər.
90deqiqe.Az “Football Transfers”a istinadən xəbər verir ki, "Tottenhem" 27 yaşlı futbolçunu transfer etməyə hazırdır.
"Aston Villa", mövsümün sonunda onu "Mançester Yunayted"dən almasa, London klubu Reşfordla danışıqlara başlayacaq.
"Aston Villa"da icarədə olarkən Reşford 17 rəsmi oyun keçirib, dörd qol vurub və komanda yoldaşlarına altı məhsuldar ötürmə edib.