- Transfer
- 15:10 14.12.2025
"Santos"un prezidenti Marselo Teyşeyra hücumçu Neymarın komandadakı gələcəyi ilə bağlı açıqlama verib.
90deqiqe.Az xəbər verir ki, "Goal" nəşri klub rəhbərinin sözlərini belə çatdırıb:
"Ortada bir layihə var və bu, Neymarın oynayıb-oynamamasından asılı deyil. Biz bütün aspektləri – davamlılığı və Neymarın komandada qalmasının potensial faydalarını nəzərə alaraq qərar verməliyik"
Neymarın 2026-cı il dünya çempionatına qədər komandanın rənglərini qoruyacağı ehtimalı və şansı var, çünki bu müzakirə artıq baş tutub. Xatırladaq ki, 33 yaşlı Neymar yalnız qış transfer pəncərəsində “Əl-Hilal”dan “Santos”a keçib. Hazırda onun əlində bu ilin yayına qədər əmək müqaviləsi var.