6 dekabr 2025. Şənbə

Ramil Şeydayevə yeni rəqib


  • Transfer
  • 15:50 21.08.2019
  • Oxunma sayı: 495
Ramil Şeydayevə yeni rəqib

Millimizin hücumçusu Ramil Şeydayevin şərəfini qoruduğu "Dinamo" heyətini yeni futbolçu ilə gücləndirib.

Corner.az Rusiya mətbuatına istinadən məlumat verir ki, Moskva təmsilçisi  "Portu"nun hücumçusu Tikinyo Soaresi transfer edib.Dinamo braziliyalı futbolçunu 1 il müddətinə icarəyə götürüb. Bu keçiddən portuqaliyalılar 3 milyon avro qazanıb. "Dinamo" eyni zamanda Tikinyonu 12 milyon avroya birdəfəlik transfer etmək hüququna sahibdi.

Qeyd edək ki, Tikinyo Soares "Portu"ya 2017-ci ildə 5,6 milyon avro qarşılığında "Gimaraeş"dən transfer olunub.







Transfer