18 iyun 2025. Çərşənbə

"Bayer" “Mançester Siti”də Virtsə əvəzləyici tapıb


  • Transfer
  • 12:56 24.04.2025
  • Oxunma sayı: 61
"Bayer" “Mançester Siti”də Virtsə əvəzləyici tapıb

“Mançester Siti”nin yarımmüdafiəçisi Ceyms MakAti Avropa klublarının maraq dairəsinə düşüb.

90deqiqe.Az “The Telegraph”a istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçinin xidmətində "Mançester Yunayted", "Milan", "Nyukasl", "Nottingem Forest" və "Bayer Leverkuzen" maraqlıdır.

Sözügedən klublar içində danışıqlarda ən öndə olan Leverkuzen təmsilşçisi Makatini komandadan ayrılacağı gözlənilən Florian Virtsin əvəzləyicisi kimi nəzərdən keçirir.

Ceyms Mançester Siti akademiyasının yetirməsidir. Yarımmüdafiəçinin transfer dəyəri 18 milyon avro qiymətləndirilir. McAtee bu mövsüm 25 oyun keçirib və 7 qol vurub.







Transfer