20 iyun 2025. Cümə

"Barselona" yeni yarımmüdafiəçi alır


  • Transfer
  • 13:26 24.04.2025
  • Oxunma sayı: 73
"Barselona" yeni yarımmüdafiəçi alır

"Nyukasl"ın yarımmüdafiəçisi Sandro Tonali "Barselona"ya keçə bilər. 

90deqiqe.Az “deadlinedaylive”ə istinadən xəbər verir ki, "blaugrana", niderlandlı yarımmüdafiəçi Frenkie de Yonqu sata bilsə, italiyalı yarımmüdafiəçini almağa çalışacaq. Kataloniya təmsilçisi artıq futbolçunun agenti ilə ilkin əlaqə saxlayıb.

24 yaşlı yarımmüdafiəçinin "sağanlar"la müqaviləsi 2028-ci ilin ortalarına qədərdir. Tonalinin transfer dəyəri 45 milyon avro olaraq qiymətləndirilir. Sandro İngiltərə Premyer Liqasının cari mövsümündə "Nyukasl"ın heyətində 31 oyun keçirib. Yarımmüdafiəçi üç qol vurub və iki məhsuldar ötürmə edib.







Transfer