- Transfer
- 23:21 16.05.2025
"Strasburq"da icarə əsasında çıxış edən "Çelsi"nin mərkəz yarımmüdafiəçisi Andrey Santos karyerasını "Arsenal"da davam etdirə bilər.
90deqiqe.Az “CaughtOffside”a istinadən xəbər verir ki, Santos icarədən sonra "Çelsi"yə qayıdıb-qayıtmayacağından əmin deyil. Bu fonda bir çox klublar, o cümlədən “Arsenal” aktivləşib. "Topçular" artıq futbolçunun agenti ilə danışıqlara da başlayıb.
20 yaşlı Santosun gələn yay 45-50 milyon avroya bazara çıxarılacağı iddia edilir, lakin yarımmüdafiəçinin xidmətində təkcə London klubu deyil, həm də "Tottenhem", "Nyukasl", PSJ və "Milan" maraqlanır.
Bu mövsüm Santos bütün turnirlərdə 30 oyun keçirib, on qol vurub və beş məhsuldar ötürmə edib.