14 dekabr 2025. Bazar günü

"Mançester Siti" "Atalanta"nın yarımmüdafiəçisini ala bilər


  • Transfer
  • 15:21 24.04.2025
  • Oxunma sayı: 112
"Mançester Siti" "Atalanta"nın yarımmüdafiəçisini ala bilər

"Atalanta"da çıxış edən yarımmüdafiəçi Ederson karyerasını "Mançester Siti"də davam etdirə bilər.

90deqiqe.Az-ın "Todofichajes"ə istinadən verdiyi xəbərə görə, "şəhərlilər" braziliyalı futbolçunun xidmətində maraqlıdır. İngiltərə nəhəngi artıq futbolçunun agenti ilə əlaqə saxlayıb.

 İtaliya klubunun rəhbərliyi yarımmüdafiəçinin transferini 60 milyon avro dəyərləndirir. Ederson 2022-ci ilin yayından Berqamaşçılarda çıxış edir. 

Tərəflər arasında mövcud əmək müqaviləsi 2027-ci ilin iyunun sonunda başa çatır.İtaliya çempionatının cari mövsümündə 25 yaşlı yarımmüdafiəçi “Atalanta”nın heyətində 32 matçda iştirak edib. Ederson dörd qol vurub və bir məhsuldar ötürmə edib.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində