- Transfer
- 21:12 12.05.2025
Hüquqları "Napoli"yə məxsus olan yarımmüdafiəçi Andre-Frank Zambo Anqissa karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
90deqiqe.Az “Blue Footy”a istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi ilə “Çelsi” klubu maraqlanır.
London klubu artıq kamerunlu futbolçunun agenti ilə əlaqə saxlayıb.
Anguissa 2025-ci ilin iyun ayının sonuna qədər neapollular qarşısında müqavilə öhdəlikləri ilə bağlıdır. Beləliklə, oyunçu azad agent kimi komandalarını dəyişə bilər.
Cari A Seriyasında yarımmüdafiəçi 30 matçda iştirak edib, 6 qol vurub və 3 məhsuldar ötürmə edib.