12 may 2025. Bazar ertəsi

Kobel "Borussiya"nı tərk edə bilər


  • Transfer
  • 21:28 25.04.2025
  • Oxunma sayı: 43
Kobel "Borussiya"nı tərk edə bilər

"Borussiya Dortmund"un qapıçısı Qreqor Kobel iki Premyer Liqa klubunun diqqət mərkəzinə düşüb. 

90deqiqe.Az “Footmercato”ya istinadən xəbər verir ki, 27 yaşlı qolkiperinin xidmətində "Çelsi" və "Nyukasl" maraqlıdır.

 İsveçrə millisinin üzvünün nümayəndələri artıq əlaqə yaradıblar və yaxın vaxtlarda Londonda danışıqlar aparacaqlar.

Qeyd olunur ki, "Borussiya" qış transfer pəncərəsində "Ayaks"dan qapıçı Diant Ramacı heyətinə qataraq, belə bir inkişafa əvvəlcədən hazırlaşıb. O, hazırda “Kopenhagen”də icarə əsasında çıxış edir.

Bu mövsüm Kobel bütün turnirlərdə 43 oyun keçirib, 63 qol buraxıb və 10 qapısını təmiz saxlayıb.







Transfer