- Transfer
- 21:12 12.05.2025
"Napoli" klubunun yarımmüdafiəçisi Stanislav Lobotka komandasını dəyişə bilər.
90deqiqe.Az “Tuttomercato”ya istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçinin xidmətində PSJ və "Mançester Yunayted" klubları maraqlıdır.
Heyətini gəncləşdirmək istəyən neapollular oyunçu üçün 40 milyon avro almaq istəyirlər ki, bu da potensial alıcıları qorxuda bilər.
Lobotka 2020-ci ildən "Napoli"də çıxış edir və 20 milyon avroya İspaniyanın "Selta" klubundan ora keçib. Bu mövsüm mərkəzi yarımmüdafiədə də oynaya bilən slovakiyalı futbolçu bütün yarışlarda 32 matçda meydana çıxıb, 2 məhsuldar ötürmə edib və 3 sarı vərəqə alıb.