- Transfer
- 21:12 12.05.2025
İspaniyanın "Betis" klubu cinah hücumçusu Antoni ilə bağlı qərar verib.
90deqiqe.Az “The Telegraph”a istinadən xəbər verir ki, La Liqa klubu braziliyalının icarə müddətini daha bir il - 2025/2026 mövsümünə qədər uzatmaq istəyir.
"Betis" hazırda müvafiq təklif hazırlayır. Antoni yanvarda "Betis"ə keçib. O vaxtdan bəri 18 matçda braziliyalı futbolçu 5 qol vurub və komanda yoldaşlarına 4 məhsuldar ötürmə edib.
“Betis”in Antonini almaq imkanı yoxdur, ona görə də icarə müddətini uzatmaqda qərarlıdırlar. İspaniya klubu hazırda 25 yaşlı futbolçuya braziliyalının "Mançester Yunayted"lə müqaviləsində nəzərdə tutulan maaşın 84 faizini ödəyir. "Betis" La Liqa turnir cədvəlində 5-ci yerdədir.