- Transfer
- 18:38 24.11.2024
Fənərbaxça futbolçusu Alper Potukla müqaviləni yeniləyib.
Corner.az klubun saytına istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçinin 2022-ci ilə qədər olan müqaviləsi maaşı 40 faiz azaldılaraq yenilənib.
Potuk yeni müqaviləyə görə ilinə 1 milyon 320 min avro qazanacaq. Onun bundan əvvəlki maaşı 2.2 milyon avro idi.