14 dekabr 2025. Bazar günü

Qittensə ikiqat maaş təklifi


  • Transfer
  • 15:38 26.04.2025
  • Oxunma sayı: 111
Qittensə ikiqat maaş təklifi

"Çelsi" Dortmund "Borussiya"sının cinah oyunçusu Ceymi Baynoe-Qittens transfer etməkdə xüsusi maraq göstərir.

90deqiqe.Az “Sky Sport Germany"ə istinadən xəbər verir ki, hazırda tərəflər arasında danışıqlar aparılır.

London klubu ingilis futbolçunun maaşını ildə 3 milyon avrodan 6-7 milyon avroya qədər artırmağa hazırdır.

"Bumblebees"  20 yaşlı futbolçunu satmağa açıqdır və 50-60 milyon avroluq təklifləri nəzərdən keçirəcək.

Bu mövsüm hücumçu bütün turnirlərdə 44 matçda iştirak edib, 12 qol vurub və 5 məhsuldar ötürmə edib. Baynoe-Qittens klubla hazırkı əmək müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 50 milyon avrodur.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində