14 dekabr 2025. Bazar günü

"Mançester Siti" Madriddə özünə yeni qapıçı tapıb


  • Transfer
  • 18:09 26.04.2025
  • Oxunma sayı: 120
"Mançester Siti" Madriddə özünə yeni qapıçı tapıb

 Sloveniyalı qapıçı Yan Oblak "Atletiko Madrid"i tərk edərək karyerasını İngiltərə çempionatında davam etdirə bilər.

90deqiqe.Az-ın "Todofichajes"ə istinadən verdiyi xəbərə görə, “Mançester Siti” qolkiperi transfer etməkdə maraqlıdır.

"Şəhərlilər" 32 yaşlı oyunçunu komandadan ayrıla biləcək braziliyalı qapıçı Edersonun əvəzləyicisi kimi nəzərdən keçirir.

“Döşək ustaları” da öz növbəsində sloveniyalıya 25-30 milyon avro təklif etsələr, onu satmağa hazırdırlar.

Yan Madrid komandasında 2014-cü ilin iyul ayından çıxış edir. Tərəflər arasında mövcud müqavilə 2028-ci ilin yayında başa çatır.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində