28 mart 2026. Şənbə

Ançelottinin yeni komandasındakı potensial maaşı açıqlanıb


  • Transfer
  • 18:19 26.04.2025
  • Oxunma sayı: 185
Ançelottinin yeni komandasındakı potensial maaşı açıqlanıb

Karlo Ançelotti tezliklə "Real Madrid"i Braziliya millisinə dəyişəcək.

90deqiqe.Az-ın "Todofichajes"ə istinadən verdiyi xəbərə görə, italyan çalışdırıcı komandasının dəyişdirilməsi ilə bağlı qərar artıq verilib və mövsümün yekun hissəsinin nəticəsi heç nəyə təsir etməyəcək.

Təcrübəli baş məşqçinin iyundakı təlim-məşq toplanışında "Selecao"ya rəhbərlik edəcəyi gözlənilir.

Braziliya Futbol Konfederasiyası Ançelottiyə illik maaş olaraq 11 milyon avro ödəməyə hazırdır.

"Real Madrid" bu gün İspaniya Kral Kubokunun finalında "Barselona" ilə qarşılaşacaq. 







Transfer