17 may 2025. Şənbə

"Keçən il Səudiyyə Ərəbistanından təklif alsaydım..."


  • Transfer
  • 18:58 26.04.2025
  • Oxunma sayı: 66
"Keçən il Səudiyyə Ərəbistanından təklif alsaydım..."

"Barselona"nın hücumçusu Rafinya Səudiyyə Ərəbistanından gələn təkliflə bağlı açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, "Barca Universal" braziliyalının dediklərini belə çatdırıb. 

"Dünən kimsə mənə Səudiyyə Ərəbistanından təkliflə bağlı xəbər göndərdi. Düzünü desəm, keçən il təklif alsaydım, qəbul edərdim. Psixi cəhətdən mənim üçün çətin idi və bu pul ailəmin həyatını dəyişəcəkdi. Amma hazırda pul məsələsi məni maraqlandırmır".

Bu mövsüm Rafinya bütün turnirlərdə 49 oyun keçirib, 30 qol vurub və 23 məhsuldar ötürmə edib. Rafinyanın "Barselona" ilə hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına qədərdir.







Transfer