- Transfer
- 23:21 16.05.2025
"Mançester Yunayted"in qapıçısı Andre Onana Səudiyyə Ərəbistanı klubuna keçidi ilə bağlı danışıqlara başlayıb.
90deqiqe.Az-ın "Foot Mercato"ya istinadən verdiyi xəbərə görə, futbolçunun ətrafı artıq ölkənin ikinci güclü liqasında çıxış edən Səudiyyə Ərəbistanının “Neom” komandasının nümayəndələri ilə görüşüb.
Onananın transferə qarşı heç bir şeyi etirazı yoxdur və klub qeydiyyatını dəyişməyə hazırdır.
Karyerası ərzində 30 klub dəyişdirən braziliyalı mütəxəssis Perikles Şamuskinin rəhbərliyi altında "Neom" çempionata başçılıq edir və tarixdə ilk dəfə Səudiyyə futbolunun elitasına düşüb. 30 turdan sonra komanda 69 xal toplayıb və ən yaxın izləyicisini 10 xal qabaqlayıb.