14 dekabr 2025. Bazar günü

"Yuventus" "Mançester Yunayted"in transfer hədəfini ələ keçirə bilər


  • Transfer
  • 20:25 27.04.2025
  • Oxunma sayı: 110
"Yuventus" "Mançester Yunayted"in transfer hədəfini ələ keçirə bilər

"Vulverhempton"un hücumçusu Matheus Kunya "Yuventus"un maraq dairəsinə düşüb.

90deqiqe.Az-ın "Calciomercato"ya istinadən verdiyi xəbərə görə, “Yuventus” 25 yaşlı futbolçu üçün “qırmızı şeytanlar”la yarışmağa hazırdır.

“Mançester Yunayted” braziliyalıya əsas namizəd hesab olunur və onunla artıq şifahi razılığa gəlib. Turin təmsilçisi buna baxmayaraq futbolçunun agenti ilə əlaqə saxlayıb.

Eyni zamanda, “qoca sinyora” “Mançester Yunayted”dən Rasmus Hoylund da xidmətində maraqlıdır.

Transfermarkt mütəxəssisləri Matheus Kunyanın dəyərini 55 milyon avro qiymətləndirir. Forvardın "canavarlar"la müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində