- Transfer
- 15:10 14.12.2025
"Real Madrid" yay transfer pəncərəsində müdafiə xəttini gücləndirmək üçün işlərini davam etdirir.
90deqiqe.Az-ın "Marca"ya istinadən verdiyi xəbərə görə, “Los Blancos”un transfer siyahısına Premyer Liqa klubu “Bornmut”da çıxış edən Macarıstan millisinin üzvü Miloş Kerkez də daxil edilib.
“Real Madrid”in əsas hədəfi “Liverpul”un ulduzu Trent Aleksander-Arnold olsa da, klub rəhbərliyi alternativ variantlar üzərində də işləyir. Gənc və perspektivli oyunçulara maraq göstərən madridlilər Kerkezi potensial transferlər sırasında görür.
21 yaşlı sol cinah müdafiəçisi bu mövsüm sabit çıxışı ilə diqqət çəkib. O, bütün turnirlər daxil olmaqla 37 oyunda meydana çıxıb, 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Kerkez həmçinin 6 sarı vərəqə alıb.